Respublika ifa müsabiqəsinin yekunu | Ağayarova Səadət

Respublika ifa müsabiqəsinin yekunu

Təhsil Nazirliyi tərəfindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilən respublika ifa müsabiqəsinə yekun vurulub.
Müsabiqənin keçirilməsində əsas məqsəd ilk peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin asudə vaxtlarını səmərəli təşkil etmək, xüsusi istedada malik olan gəncləri üzə çıxarmaq, gənclərin ifa mədəniyyətini yüksəltmək, onlarda musiqiyə, şeirə, rəqsə məhəbbət hissləri aşılamaq, Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının və milli rəqslərin öyrənilməsi istiqamətində aparılan işləri daha da inkişaf etdirmək, gənc nəslin milli-mənəvi estetik tərbiyəsini yüksəltməkdən ibarətdir.
 Müsabiqənin mütəşəkkil və yüksək səviyyədə keçirmək məqsədilə hər nominasiya üzrə tanınmış mədəniyyət və incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb.
Müsabiqə 2 mərhələdə keçirilib. Zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan 74 şagird və tələbə Bakı Sosial Pedaqoji Kollecində keçirilən Respublika mərhələsində iştirak edib. Müsabiqədə 21 nəfər I, 13 nəfər II, 10 nəfər III yerə, 7 nəfər isə müsabiqənin fəal iştirakçısı adına layiq görülüb.
Müsabiqə qaliblərinin mükafatlandırılması və yekun konserti mayın 19-da Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.
Hər nominasiya üzrə I, II, III yerlərin qalibləri və müsabiqənin fəal iştirakçıları Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
http://edu.gov.az/
Məlumatlardan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

Şərh üçün bağlıdır.

74978e3b3f6e01292b82b4c8b5fff9db