STEM-in “Elmi-praktik ekskursiya turu” | Ağayarova Səadət

STEM-in “Elmi-praktik ekskursiya turu”

Məlum olduğu kimi, noyabrın 24-25-də Bakıda “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və həyata keçirilməsinin təşviqində elmin rolu” mövzusunda beynəlxalq elmi konfrans baş tutdu. Konfransın Təşkilat Komitəsinin sədri Xəyalə Məmmədova ilə “STEM Azərbaycanda” layihəsinin rəhbəri Aliyə Əhmədova arasında qəbul olunmuş razılığa əsasən, layihənin iştirakçı müəllimləri konfrans çərçivəsində reallaşdırılan “Elmi-praktik ekskursiya turu”nda iştirak etdilər. STEM əsaslı ekskursiya layihə iştirakçılarının fəallığı ilə yadda qaldı. Praktik ekskursiya turunun proqramı çərçivəsində
– “Azərsu”ASC tərəfindən Şollar su mənbəyinə;
-Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə;
-“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Təlim-Tədris Mərkəzinə səfərlər təşkil olundu.

 

1 2 3 4 5 6 7 8 9 10 12 13 14 15  17 18 19

 

 

 

 

 

 

Şərh üçün bağlıdır.

74978e3b3f6e01292b82b4c8b5fff9db